İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Qəbələyə gəlir – Türk dünyasının lideri TDT sammitində iştirak edəcək

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.

Məlumata görə, Prezident Ərdoğan hazırda İstanbuldadır və bu gün, oktyabrın 6-da Azərbaycana yola düşəcək.

Qəbələdə keçiriləcək sammitdə Türk dünyasının liderləri regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar sahələrdə birgə layihələri müzakirə edəcəklər.

Ərdoğanın bu səfəri Azərbaycan–Türkiyə qardaşlığının və Türk dünyasının həmrəyliyinin növbəti simvolu kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR