Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Texasdan 400 Milli Qvardiya əsgərinin digər ştatlara göndərilməsi barədə göstəriş verib.
Musavat.com xəbər verir ki, məlumatı İllinoys ştatının qubernatoru C.Robert Pritzker X hesabında paylaşıb: "Bu axşam Prezident Tramp Texas Milli Qvardiyasının 400 əsgərinin İllinoys, Oreqon və ABŞ-ın digər yerlərində yerləşdirilməsini əmr etdi".
Qeyd edək ki, sentyabr ayında Tramp Milli Qvardiya qoşunlarının İllinoys ştatının ən böyük şəhəri olan Çikaqoya yerləşdiriləcəyini açıqlasa da, bunun dəqiq nə vaxt ediləcəyini deməyib. Tramp İllinoysun demokrat qubernatorunu Çikaqoda təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin sözlərinə görə, şəhər dəhşətli cinayət səviyyəsinə görə “cəhənnəm dəliyinə” çevrilib. Pritzker, öz növbəsində, Trampın özünü diktator hesab etdiyini və Amerika şəhərini müharibə ilə hədələdiyini bildirib.
Musavat.com
06 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ