İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ öz nümayəndələrini Qətərdən çağırdı: Danışıqlar dayandı

ABŞ İsrail-HƏMAS danışıqlarında iştirak edən nümayəndə heyətini Dohadan geri çağırıb. Musavat.com Politico-ya istinadən xəbər verir ki, məlumatı ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb HƏMAS-ın qeyri-real və yeni tələblər irəli sürməsidir: “HƏMAS-ın koordinasiya olunmamış və ya pis niyyətlə hərəkət etdiyi görünür. Biz indi girovların qaytarılması və Qəzza əhalisinə daha sabit mühitin yaradılması üçün alternativlərə baxacağıq”.

Vitkoffun sözlərinə görə, HƏMAS-ın Qəzza zolağında atəşkəs əldə etmək üçün son təkliflərə cavabı qruplaşmanın döyüşləri dayandırmaq istəmədiyini nümayiş etdirir. O, qrupun bu qədər eqoist hərəkət etməsindən təəssüfləndiyini bildirib.

Günün əvvəlində İsrailin baş naziri Benyamin Netanyahunun israilli müzakirəçilərin məsləhətləşmələr üçün Qətərdən geri çağırılmasını əmr etdiyi məlum olub. “The Times of Israel” qəzetinə Netanyahunun ofisindəki mənbə qeyd edib ki, danışıqlar dalana dirənib. İsraildəki Ynet mənbələri danışıqların tamamilə dayandırılmadığını, lakin tərəflərin mövqelərində "əhəmiyyətli fikir ayrılıqlarının" olduğunu və İsrail hakimiyyətinin bundan sonra nə edəcəyini anlamaq lazım olduğunu bildirib.

Axios-un məlumatına görə, HƏMAS İsraildən ömürlük həbs cəzası çəkən 200 fələstinlini və 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra həbs edilən daha 2000 fələstinlini 10 canlı girov müqabilində azad etməyi tələb edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyul 2025

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR