İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ: Rusiya “Pautina”ya cavab zərbələrini davam etdirəcək – daha genişmiqyaslı hücumlar gözlənilir

Rusiya “Pautina” adlı dron əməliyyatına hələ tam cavab verməyib və yaxın günlərdə daha böyükmiqyaslı hücumlar həyata keçirəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Kreml yaxın zamanda hava hücumları da daxil olmaqla, müxtəlif vasitələrlə Ukraynaya qarşı genişmiqyaslı cavab tədbirləri planlaşdırır.

ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, Rusiya tərəfinin cavabı Ukraynanın dronlarla həyata keçirdiyi əməliyyata nisbətdə qeyri-proporsional olacaq və strateji nəticələr doğura bilər.
Hazırda Vaşinqton vəziyyəti yaxından izləyir və Moskvanın atacağı növbəti addımları təhlil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR