İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ smartfon nəhənglərini hədəfə aldı: "Apple" və "Samsung" tarif təzyiqi altındadır

ABŞ iyunun sonunda yalnız "Apple" deyil, "Samsung" və digər smartfon istehsalçılarına da tariflər tətbiq edə bilər.

Musavat.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.
Trampdan soruşulub ki, onun “Apple”a 25 faizlik tariflərin mümkün tətbiqi ilə bağlı bu yaxınlarda açıqladığı fikir digər smartfon istehsalçılarına təsir edəcəkmi? O, cavabında bildirib ki, "o şirkətləri daha çox olacaq. Onların arasında Samsung və bu məhsulları istehsal edən başqaları da olacaq, əks halda bu ədalətsizlik olardı".

Eyni zamanda, Tramp tariflərin gələn ayın sonunda tətbiq ediləcəyini qeyd edib: "Düşünürəm ki, iyunun sonuna qədər biz bunu lazımi qaydada yerinə yetirəcəyik".

Ağ Ev rəhbərinin sözlərinə görə, elektronika istehsalçıları fabrikləri ABŞ-a köçürsə, tariflər tətbiq edilməyəcək.

Bundan əvvəl Tramp "Truth" sosial şəbəkəsində "Apple"-dan "iPhone" istehsalını ABŞ-a köçürməyi tələb edən, əks halda, tariflər tətbiq edəcəyi ilə hədələyən mesaj yerləşdirmişdi. Onun sözlərinə görə, rüsumun məbləği 25 faizdən az ola bilməz.

Hazırda qlobal "iPhone" istehsalının təxminən 18 faizi Hindistanın payına düşür. Onların istehsalında Çinin payı 75 faizdən çoxdur. "Bloomberg"-in məlumatına görə, "Apple" 2024-25 maliyyə ilində (martda başa çatıb) Hindistanda 14 milyard dollar dəyərində "iPhone" istehsal edib ki, bu da onun ümumi istehsalının təxminən 14 faizini təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR