 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            İspaniyada Kolumbiya prezidenti Qustavo Petronun təyyarəsinə yanacaq doldurulmasından imtina edilib.
Musavat.com xəbər verir ki, məlumatı İspaniyanın El Pais qəzeti yayıb. Bildirilir ki, buna səbəb Petroya qarşı tətbiq olunan ABŞ sanksiyalarıdır. Səudiyyə Ərəbistanına uçuş zamanı Kolumbiya prezidenti Qustavo Petronun Boeing 737-700 təyyarəsi yanacaq doldurmaq üçün Madriddəki Barajas hava limanında texniki dayanacaq edib.
Lakin bütün şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlarından qorxaraq ona təyyarə yanacağı verməkdən imtina ediblər. Bu sanksiyalar Petroya "narkotik qaçaqmalçılığında iştirak" ittihamı ilə tətbiq edilib.
Nəticədə prezident təyyarəsi alternativ yanacaqdoldurma variantları axtarmağa məcbur olub.
İspaniya mediası öz mənbələrinə istinadən bildirib ki, İspaniya hökumətinin köməyi ilə təyyarə hərbi hava bazasına yönləndirilib və orada yanacaq doldurmaq mümkün olub.
Kolumbiya hakimiyyəti hadisəni "qəbuledilməz" hesab edib, bəyan edib ki, o, nümayəndə heyətinin təhlükəsizliyi üçün təhlükə yaradıb.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ