Onlayn ictimai-siyasi qəzet
ABŞ və Çin rəsmiləri Cenevrədə iki günlük danışıqlardan sonra ticarət kəsirinin azaldılması ilə bağlı razılığa gəldiklərini və detalların mayın 12-də açıqlanacağını bildiriblər.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi danışıqlarda iştirak edən Amerika nümayəndə heyətinin üzvlərinə istinadən yayıb.
ABŞ maliyyə naziri Skott Bessent, Çin Baş nazirinin müavini He Lifeng və iki Çin nazir müavini ilə danışıqlarda iştirak edən ABŞ Ticarət Nümayəndəsi Jamison Greer danışıqların nəticəsini ABŞ-ın 1,2 trilyon dollarlıq ticarət kəsirinin azaldılmasına kömək edəcək "Çinli tərəfdaşlarımızla əldə edilmiş razılaşma" kimi xarakterizə edib.
Bessent bildirib ki, ikitərəfli tariflər çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyini azaltmaq üçün səylərin bir hissəsi kimi azaldılmalıdır. O, hələlik sazişlə bağlı əlavə təfərrüatlar verməkdən imtina edib və məlumatın bazar ertəsi açıqlanacağını bildirib. Greer qeyd edib ki, tərəflər arasındakı fərqlər "əvvəllər düşünüldüyü qədər böyük deyil".
Bundan əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik Çin malları və xidmətlərinin idxalına rüsumların qaldırılması ehtimalını istisna etmişdi. Ticarət Nazirliyinin sözçüsü He Yadonq deyib ki, Çin fundamental məsələlərdə güzəştə getməyəcək və ya ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılaşma əldə etmək üçün ədaləti qurban verməyəcək.
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ