Onlayn ictimai-siyasi qəzet
“İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşdı və razılaşma əldə olundu. ABŞ Çinə tətbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ABŞ mallarına tətbiq etdiyi 125% tarifləri 10%-ə saldı. Yəni Tramp istəyinə çatdı, 30%-lik tariflərdən ABŞ ilə 130 mlrd. dollar əlavə qazanc əldə edəcək. Bundan başqa, Çin öhdəlik götürüb ki, ABŞ-dan daha çox məhsul alacaq”.
Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Donald Trampın tarif siyasəti ABŞ-a günə, təxminən, 2 mlrd. dollar əlavə qazanc gətirəcək, bütün ölkələr də bundan məmnun olacaqlar:
“O ki qaldı “tariflər ABŞ-da inflyasiyanı artıracaq” tezisinə, belə fikir səsləndirənlər iqtisadiyyata formal, düzxətli baxışa malik olanlardır.
Daxildə benzin ucuzlaşır – inflyasiyaya təsir edib qiymətləri aşağı çəkir, Tramp vergiləri endirir – bu da inflyasiyanı azaldan təsir göstərir”.
Afaq,
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ