İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Azərbaycana qarşı ikinci cəbhə açmağa cəsarət etməz - Tofiq Zülfüqarov

Kreml Ukraynada uğursuzluqlardan sonra yeni düşmən obrazları axtarır.

Musavat.com xəbər verir ki, bu barədə sabiq XİN başçısı Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, son aylarda Rusiyanın təbliğatında Azərbaycan və Qazaxıstan xüsusi hədəf seçilir. Bundan əvvəl bu hücumlar Baltik ölkələrinə, NATO-ya və Fransaya yönəlmişdi.

"Bu təbliğat təzyiqi davam edəcək. İndilik yalnız nəticələrini görürük, amma zamanla vəziyyət daha aydın olacaq", - o deyib.

Tofiq Zülfüqarov vurğulayıb ki, Ukrayna ərazisində Azərbaycan obyektlərinə heç bir təhlükə yoxdur.

"Azərbaycanla Türkiyə arasında güclü ittifaq mövcuddur və bu, bizi istənilən hərbi təhdiddən qoruyur. Rusiyanın isə nə cəsarəti, nə də gücü var ki, ikinci cəbhə açsın", — deyə sabiq nazir əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR