İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Ukraynada ədalətli sülh üçün hər cür dəstəyə hazırdır – Fidan

Ankara Ukraynada ədalətli və davamlı sülhün əldə olunması üçün hər cür dəstəyi verməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin açıqladığı məlumata görə, telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən görüşün nəticələri, həmçinin Vladimir Zelenski və bəzi Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşün nəticələri müzakirə edilib: “Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün yaxın gələcəkdə atılacaq addımlar müzakirə edilib. Nazir Fidan bir daha bəyan edib ki, Türkiyə sülhə nail olmaq üçün bütün mümkün dəstəyi verməyə hazır deyil."

Qeyd edək ki, Avropa liderlərinin Trampla görüşündən sonra açıqlama verən Fransa prezidenti Emmanuel Makron Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində Türkiyənin də iştirakını təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR