Onlayn ictimai-siyasi qəzet
ABŞ ilk ukraynalı qaçqınları deportasiya edib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Miqrasiya və Gömrük Nəzarəti Xidməti məlumat yayıb.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, yaxın günlərdə təxminən 120 min ukraynalı müvəqqəti hüquqi müdafiə statusunu itirə bilər. Bu, yalnız Ağ Ev əvvəlki administrasiyanın təsdiqlədiyi proqramın müddətini uzatmasa baş verəcək.
Həmin ukraynalılar iki illik yenilənə bilən status almışdı, lakin bu, yalnız ABŞ-dakı şəxsi sponsorun mövcudluğu şərtilə mümkün idi.
Məlumata görə, “Uniting for Ukraine, U4U” proqramı çərçivəsində ABŞ-a təxminən 250 min insan daxil olub. 16 avqust 2023-cü ilədək gələnlər isə hələ də ayrı “müvəqqəti qorunan status” proqramına daxil edilirlər.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ