Onlayn ictimai-siyasi qəzet
ABŞ hökuməti Bağdaddakı səfirliyinin əməkdaşlarının bir qismini təxliyə etməyə hazırlaşır. Eləcə də İraq hökuməti İranın Bağdaddakı səfirliyinin bir sıra əməkdaşlarını təxliyə etməyi nəzərdən keçirir.
ABŞ və İranın eyni vaxtda İraqdakı diplomatik personalı təxliyə etməsi, Vaşinqtonun hərbiçi ailələri çıxarmağa başlaması, Hörmüz boğazındakı hərbi gəmilərin sayının artması və nəhayət neft qiymətlərinin qalxması bölgədə yeni bir müharibə mərhələsinin başlanması ehtimalını ciddi şəkildə artırır.
Bəs İran Amerikanı və ya Amerika İranı vura bilərmi? Bölgədə müharibə ola bilərmi? Belə olan halda Azərbaycana nə kimi təsirləri ola bilər?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ