İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət 2026-cı il üçün iqtisadi artım proqnozunu açıqladı

Ortamüddətli dövrdə Azərbaycanda ÜDM-in real artım tempi orta illik 3,5 faiz təşkil edəcək.

Musavat.com “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya əsasən xəbər verir ki, bu proqnoz İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunub.

Bildirilir ki, 2026-2029-cu illərdə qeyri-neft-qaz ÜDM-i orta hesabla ildə 4,9 faiz artacaq, neft-qaz ÜDM-i isə 2026-2028-ci illər ərzində ildə orta hesabla 3,3 faiz azaldıqdan sonra 2029-cu ildə 4,7 faiz artacaq. Nəticədə 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı artaraq 80,0 faizə çatacaq.

Hökumətin proqnozuna əsasən 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-in isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır.

Hökumət gələn il ölkədə 2,9 faizlik ÜDM artımı proqnozlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR