İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Ukrayna ilə bağlı QƏRAR verə bilər 

“Prezident Donald Tramp müəyyən mərhələdə Ukrayna münaqişəsinin həlli mümkün deyil nəticəsinə gələ bilər, lakin hələlik ABŞ lideri münaqişəyə son qoymaq üçün səylər göstərir”.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

Təl-Əvivdən Dohaya uçuşdan öncə Rubiodan “Ukraynada qırmızı xətlər” barədə soruşulub. O, cavabında deyib:

“Prezident bu münaqişəyə son qoymaq üçün əlindən gələni etməyə çalışır. Biz Avropadakı tərəfdaşlarımızla təhlükəsizlik zəmanətləri məsələsində sıx əməkdaşlıq edirik, çünki bu, istənilən danışıqlar yolu ilə nizamlanma üçün vacib olacaq. O, cəhdlərini davam etdirəcək. O, bunu mümkün hesab edir, buna nail olmaq istəyir. Amma müəyyən anda prezident Tramp bunun qeyri-mümkün olduğu qənaətinə gələ bilər. Hələlik belə bir nəticəyə gəlməyib, amma gələ bilər. Amma bilin ki, o, həqiqətən də lazım olan hər şeyi etməyə hazırdır. Bu müharibəyə son qoymağın yolu var. O, sadəcə istəyir ki, bu müharibə bitsin”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR