Onlayn ictimai-siyasi qəzet
Çinin bazar tənzimləyicisi ABŞ-ın çip istehsalçısı “Nvidia”nın Çinin antiinhisar qanunlarını pozduğunu bildirib.
Musavat.com xəbər verir ki, agentlik “Nvidia”nın pozuntularının konkret təfərrüatlarını açıqlamasa da, məsələni araşdıracağını bildirib.
“Nvidia” ittihamları rədd edir.
Məsələ ABŞ və Çin rəsmilərinin bu həftə İspaniyada ticarət danışıqlarının növbəti raunduna başlaması, 2 ən böyük iqtisadiyyatın ticarət müharibəsinə son qoymaq üçün son cəhdi olduğu bir vaxtda təsadüf edib.
Danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp ABŞ və Çinin ABŞ-ın “TikTok”a qadağasından qaçmaq üçün razılığa gəldiyinə eyham vurub. İspaniyada keçirilən ABŞ-Çin ticarət danışıqlarına ABŞ Maliyyə Naziri Scott Bessent və Çin Baş nazirinin müavini He Lifeng rəhbərlik edib. Görüşdən sonra Bessant deyib ki, çox yaxşı müzakirə aparıblar.
“TikTok” və ticarət danışıqları üçün təxminən bir ay sonra başqa yerdə toplanacağıq”, - deyə Bessent bildirib.
Pekin və Vaşinqtonun yüksək səviyyəli ticarət nümayəndə heyətləri sonuncu dəfə iyulda görüşüblər. O zaman tərəflər tarif atəşkəsini noyabrın 10-na qədər uzadılması barədə razılığa gəlib.
Çin dekabr ayında “Nvidia” ilə bağlı araşdırma başladıb. Bu, yarımkeçirici çip bazarı ilə bağlı ABŞ-Çin mübahisəsində ən son əks tədbir olaraq görülür. ABŞ Çinə müəyyən məhsulların, xüsusən də yüksək səviyyəli yarımkeçirici çiplərin ixracına məhdudiyyətləri sərtləşdirməyə davam edir.
Madrid danışıqlarında hansı çiplərin, o cümlədən “Nvidia” tərəfindən istehsal edilənlərin Çin bazarına buraxılacağı gözlənilir.
“Biz ixrac nəzarətinin kommersiya bazarında rəqabətə təsirinin qiymətləndirilməsində onlara kömək etmək üçün bütün aidiyyəti dövlət qurumları ilə işləməyə davam edəcəyik”, - “Nvidia”nın bəyanatında deyilir.
Donald Tramp ilk səlahiyyət müddətində “TikTok”un tətbiq mağazasından çıxarılmasını müdafiə etmişdi, lakin indi mövqeyini dəyişib və qadağanı üç dəfə təxirə salıb.
O, “Truth Social” sosial media platformasında gənc amerikalılar arasında məşhur olan “müəyyən” şirkətlə razılığa gəldiyini yazıb:
“Onlar çox xoşbəxt olacaqlar! Cümə günü prezident Xi ilə danışacağam. Münasibətlərimiz çox güclü olaraq qalır!”
Başa çatmalı olan qadağanın dayandırılmasının dördüncü dəfə uzadıla biləcəyi gözlənilirdi. Tramp Ağ Evdəki ilk müddətində “TikTok”a qarşı sərt davransa da, platforma 2024-cü il prezident seçkiləri zamanı populyarlıq qazandıqdan sonra mövqeyini yumşaldıb. Bu ilin avqustunda Ağ Ev rəsmi olaraq “TikTok” hesabını açıb. Tətbiq dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir və ABŞ-da təxminən 170 milyon istifadəçisi var.
Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi ilk olaraq ötən ilin dekabrında ABŞ-ın süni intellekt çip şirkəti “Nvidia”ya qarşı texnologiya sektorunda qlobal investorların geniş diqqətini cəlb edən Antiinhisar Qanununu pozmaqda şübhəli bilinərək araşdırmaya başlayıb.
Təhlilçilər deyirlər ki, Çinin “Nvidia”ya qarşı antiinhisar araşdırması elan etməsi həssas bir vaxta təsadüf edirdi. O zaman ABŞ Piotech və SiCarrier də daxil olmaqla 140 Çin çip şirkətinə ciddi satış məhdudiyyətləri tətbiq etmişdi. Pekin torium, qallium və germanium da daxil olmaqla, əsas yüksək texnologiyalı mineralların ABŞ-a ixracını məhdudlaşdırmaqla cavab verdi.
Hər kəsə bəllidir ki, Çin əslində antiinhisar qanunlarından ABŞ sanksiyalarına cavab olaraq istifadə edir. Ötən il Çin “Nvidia”ya daxil olan Micronu yerli kibertəhlükəsizlik qaydalarını pozmaqda ittiham edib. Araşdırmaya cavab olaraq, “Nvidia” əməkdaşlıq etməyə hazır olduğunu və tənzimləyicilərin hər hansı sualına “cavab verməkdən məmnun olduğunu" bildirən bir bəyanat verib. Şirkət həmçinin fəaliyyət göstərdiyi bütün regionlarda öz öhdəliklərinə əməl etmək öhdəliyini vurğulayıb.
“Nvidia”nın Çinin antiinhisar qanununu pozduğu iddiası əslində şirkətin 2020-ci ildə İsrail çip istehsalçısı Mellanoxu alması ilə başlayıb. Çin rəsmiləri hesab edirlər ki, “Nvidia” bu satınalmada antiinhisar qanunlarını pozub, potensial olaraq satınalma öhdəliklərini yerinə yetirməmək və bazarda ədalətli rəqabətə zərər verən digər təcrübələri əhatə edir. “Nvidia ötən il şirkəti 7 milyard dollara aldığını elan edib ki, bu da o zaman “Nvidia”nın tarixində ən böyük alış idi.
Çin tənzimləyiciləri vurğuladılar ki, “Nvidia”nın 2020-ci ilin aprel ayında İsraildə qeydiyyatdan keçmiş yarımkeçirici şirkəti ilə əldə etdiyi razılaşmaya Çin bazarına qrafik prosessorları tədarükü və Çin istehlakçılarına qarşı ayrı-seçkilik etməmək öhdəliyi daxildir. Yenilənmiş araşdırma da bu məsələləri həll edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Sentyabr 2025
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ