Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda səfərdə Portuqaliyanın “Benfika” klubuna 3:2 hesabı ilə qalib gəlib.
Musavat.com xəbər verir ki, bu məğlubiyyət Portuqaliya nəhəngində ciddi dəyişikliklə nəticələnib.
“Benfika”nın prezidenti Ruy Koşta jurnalistlərə açıqlamasında baş məşqçi Brunu Lajenin istefaya göndərildiyini bildirib:
“Bütün “Benfika” azarkeşlərinə bildirmək istəyirəm ki, biz Brunu Laje ilə indicə razılığa gəldik. O, artıq komandanın baş məşqçisi olmayacaq. Brunuya klub üçün gördüyü işlərə, göstərdiyi fədakarlığa görə təşəkkür edirəm. Amma vaxt yetişib və biz başa düşürük ki, dəyişiklik vaxtıdır”.
Klub rəhbəri əlavə edib ki, yeni baş məşqçinin gələn şənbə günü keçiriləcək oyunda ehtiyat oyunçular skamyasında olacağı gözlənilir.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ