İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanın dəmir yolunu VURDU 

Rusiya ordusu Ukrayna dəmir yolu şirkəti “Ukrzaliznytsia”nın enerji yarımstansiyalarına hücum edib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində sərnişin qatarlarının hərəkətində ciddi problemlər yaranıb. Xüsusilə Odessa və Dnepr istiqamətlərində qatarların 3-4 saatadək gecikdiyi bildirilir.

“Ukrzaliznytsia”nın məlumatına görə, bir sıra reyslər marşrutlarını dəyişmək məcburiyyətində qalıb. Artıq 20 ehtiyat teplovoz hərəkətə cəlb olunub.

“Beynəlxalq birləşmələrə, xüsusilə Xelm və Peremyşl istiqamətlərinə gəlincə, biz artıq xarici dəmir yolu dispetçerləri ilə əlaqə saxlayırıq. Qatarların gözlədilməsi, sərnişinlərin rahat köçürülməsi və sürətləndirilmiş sərhəd nəzarəti üçün koordinasiya aparılır”, - şirkətin yaydığı açıqlamada deyilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR