Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Soçi şəhərindəki erməni diasporunun rəhbəri Sos Martirosyan cinayətə görə məhkumluğuna baxmayaraq, şəhər deputatı seçilib.
Musavat.com xəbər verir ki, seçki nəticələrinə görə, sui-qəsd yolu ilə soyğunçuluğa görə əvvəllər məhkum edilmiş Martirosyan öz dairəsində 30,93 faiz səslə qalib gəlib.
Rusiya mətbuatı xəbər verir ki, Martirosyan müsahibəsində bildirib: “Soçidəki erməni diasporu siyasət və sosial inkişafla bağlı heç bir fərqli baxışa malik deyil. Təşkilat Ermənistanla əlaqələrin qurulması və erməni xalqının kimliyi ilə mədəni dəyərlərinin qorunması məqsədilə fəaliyyət göstərir”.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ