Onlayn ictimai-siyasi qəzet
İsveç hökuməti ölkədə müharibə və ya fövqəladə böhran vəziyyətində ərzaq çatışmazlığının qarşısını almaq üçün xüsusi ərzaq ehtiyatlarının yaradılmasına başlayır.
Musavat.com xəbər verir ki, kənd təsərrüfatı naziri Peter Kullqren bu məqsədlə 65 milyon dollar vəsait ayrıldığını açıqlayıb.
Nazirin sözlərinə görə, bu addım hökumətin yazda təqdim etdiyi ərzaq təhlükəsizliyi strategiyasının davamıdır. 2027-ci ildə ehtiyat fonduna 700 milyon İsveç kronu (təxminən 76 milyon dollar), 2028-ci ildə isə 850 milyon kron (92 milyon dollar) ayrılması planlaşdırılır.
Ekspertlərin fikrincə, bu qərar Şimali Avropada təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda əhalinin təminatını sabit saxlamağa hesablanıb.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ