İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikita Mixalkovun milyardlıq sərvəti: dövlət büdcəsi hesabına dəbdəbəli həyat

Rusyanın məşhur rejissoru və qara təbliğatçı Nikita Mixalkovun banklardakı əmanətləri 2,3 milyard rubldan (27 milyon 665 min dollar) çoxdur. Bununla yanaşı, o, illik yüz milyonlarla rubl gəlir götürür və dövlət vəsaitləri hesabına dəbdəbəli həyat sürür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın mühacir mediası məlumat yayıb.

Dövlət hesabına gəlirlər

Mixalkovun sahibi olduğu “TriTe” kinostudiyası uzun illərdir ziyan həddində fəaliyyət göstərsə də, ona ildə 300 milyon rubldan çox maaş ödəyir. Bununla yanaşı, büdcədən mütəmadi olaraq geri qaytarılmayan subsidiyalar alır. Həmin vəsaitlə çəkilən filmlərin çoxu isə kino seanslarında uğursuzluğa düçar olur.

Bundan əlavə, Mixalkov heç bir əməli fəaliyyət göstərmədən hər il 600 min rubl “bolvanka vergisi” kimi tanınan yığımlardan qazanır. Bu məbləğ Rusiya İntellektual Mülkiyyət Sahibləri İttifaqı tərəfindən texnika və məlumat daşıyıcılarından toplanan haqlar hesabına ödənilir.

Bank əmanətləri və faiz gəlirləri

FNS-dən (Rusiya Federal Vergi Xidməti) sızan məlumatlara görə, Mixalkovun bankdakı yığımları 2,3 milyard rubldan çoxdur. Bu pullar faiz gəlirləri ilə hər il rejissora yüz milyonlarla əlavə qazanc gətirir.

NATO ölkələrinə maraq

Dövlətin təbliğatçısı kimi çıxış etməsinə baxmayaraq, müharibədən və sanksiyalardan əvvəl Mixalkov mütəmadi olaraq NATO ölkələrinə – İtaliya, Fransa, İspaniya və Böyük Britaniyaya istirahətə gedirdi. O, səfərləri üçün saatda milyonlarla rubla başa gələ bilən biznes-cetlər icarəyə götürürdü. Xüsusilə İspaniyanın Valensiya şəhəri Mixalkovun sevimli məkanlarından olub – o, 10 il ərzində oraya azı 10 dəfə gedib.

“Yanukoviçin pul kisəsi” ilə əlaqələr

Mixalkovun xaricə uçduğu Bombardier Challenger 850 (RA-67244) təyyarəsi Ukraynalı oliqarx Sergey Kurçenkoya bağlıdır. Kurçenko sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin “pul kisəsi” hesab olunur və Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenkonun qətlində sifarişçi kimi də adı hallanır.

Araşdırmaya görə, Mixalkov dövlət subsidiyaları, vergi yığımlarından pay və milyardlıq faiz gəlirləri hesabına zənginləşsə də, dəbdəbəli həyatını əsasən Qərb ölkələrində yaşayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR