Onlayn ictimai-siyasi qəzet
Müğənni Oleq Qazmanov özünün bütün pensiya yığımlarını dələduzluqda ittiham olunan Gevork Sarkisyana verib.
Musavat.com xəbər verir ki, bu barədə Qazmanov ailəsinin vəkili Roman Kuzmin danışıb.
Onun sözlərinə görə, 2019-cu ildə həm Oleq Mixayloviç, həm də həyat yoldaşı Marina Anatolyevna Sarkisyana borc pul veriblər:
“Bu, Oleq Mixayloviçin ömrü boyu qazandığı bütün pensiya pulları idi”.
Nəticədə indi Qazmanov yalnız Sosial Fondun ödədiyi adi yaşlılıq pensiyası ala bilir. Rusiyada işləməyən pensiyaçıların orta pensiyası hazırda 25,8 min rubl təşkil edir, lakin Qazmanov bütün vergiləri ödəyibsə, onun pensiyası bundan xeyli yüksək olmalı idi.
Kuzminin sözlərinə görə, Sarkisyan Qazmanovların ailə çevrəsinə 2016-cı ildən daxil olub və yaxın münasibətlərdən istifadə edərək pulları ələ keçirib. Bir il sonra Qazmanovlar borcun qaytarılmasını tələb ediblər, amma Sarkisyan pulları “harasa investisiya etdiyini” deyib. ABŞ-da yaşayan “ailə dostu” vəsaiti geri qaytara bilmədiyini əsas gətirib.
Vəkil əlavə edib ki, Qazmanovun vəsaitinin geri qaytarılmasına guya koronavirus pandemiyası və sonradan başlayan Rusiya-Ukrayna müharibəsi mane olub.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ