Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Avropa İttifaqının PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsü çərçivəsində maliyyələşdiriləcək ilk iki hərbi yardım paketinə Patriot və HIMARS sistemləri üçün raketlər daxil ediləcək.
Musavat.com xəbər verir ki, Zelenski bunu Avropa Parlamentinin rəhbəri ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ukrayna oktyabr ayı ərzində əlavə olaraq təxminən 3,5–3,6 milyard dollar maliyyə vəsaiti alacaq:
“İlk iki paket 500 milyon dollardan ibarət olacaq. Bu paketlərdə Patriot və HIMARS üçün raketlər mütləq yer alacaq”, – deyə Zelenski vurğulayıb.
O, ABŞ tərəfindən bu silahların göndərilməsinə dair zəmanətin kim tərəfindən verildiyini isə açıqlamayıb.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ