Onlayn ictimai-siyasi qəzet
Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putini qətllər törətməkdə və Qərbi zəiflətməyə çalışmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, Merz bu barədə Reuters agentliyinə açıqlamasında danışıb. O bildirib ki, Rusiyanın son günlər Polşa və Rumıniyanın hava məkanını pozması Kremlin Qərbin sərhədlərini yoxlamaq siyasətinin tərkib hissəsidir: “Putin uzun müddətdir sərhədləri yoxlayır, sabotaj edir. O, casusluq edir, qətllər törədir və bizi destabilizasiya etməyə çalışır. Rusiya cəmiyyətlərimizi sarsıtmaq istəyir”, – deyə kansler vurğulayıb.
Merz həmçinin Ukraynanın Rusiyaya təslim olmasını qəbuledilməz adlandırıb: “Diktə olunmuş sülh – azadlıqsız sülh Putini növbəti hədəfini axtarmağa sövq edəcək”, – deyə o xəbərdarlıq edib.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ