Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası 2025–2027-ci illər üçün nəzərdə tutulmuş İsrailə maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, bu addım İsrail-Fələstin münaqişəsinin kəskinləşməsi və İsrail hökumətinin insan haqlarını pozması ilə əsaslandırılıb.
Qərara əsasən, yalnız vətəndaş cəmiyyətini dəstəkləyən layihələr və Holokost memorial kompleksi “Yad Vaşem” istisna təşkil edəcək.
Dayandırma qərarı 2025–2027-ci illər üçün planlaşdırılan illik ayırmaları, eləcə də Avropa İttifaqı–İsrail arasında institusional əməkdaşlıq və Regional Əməkdaşlıq Mexanizmi çərçivəsində mövcud layihələri əhatə edəcək.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ