Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasının rəsmi “Facebook” səhifəsində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla bağlı xüsusi paylaşım edilib.
Musavat.com xəbər verir ki, paylaşım Ağdam təmsilçisinin Portuqaliyanın “Benfika” klubuna qarşı əldə etdiyi tarixi 3:2 hesablı qələbəyə həsr olunub.
Paylaşımda Qurban Qurbanovun fotosu yer alıb və belə qeyd edilib:
“Qarabağ”ın “Benfika” zəfərinin arxasındakı beyin: Qurban Qurbanov!”
Qeyd edək ki, “Qarabağ” komandası səfərdə “Eştadiu da Luş” stadionunda baş tutan oyunda möhtəşəm geri dönüş edərək “Benfika”nı məğlub etmişdi. Bu nəticə Azərbaycan futbolu üçün tarixi nailiyyət hesab olunur.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ