İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya UEFA-ya qayıdır?

UEFA-nın İcraiyyə Komitəsi sentyabrın 11-də Tiranada keçirilən iclasda Rusiya komandalarının beynəlxalq turnirlərə qayıtması üçün məhdudiyyətlərin yumşaldılması məsələsini müzakirə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının tədbirlər və marketinq kommunikasiyaları üzrə direktoru Kirill Tereşin məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın tam şəkildə yarışlara qayıtmasını dəstəkləyən ölkələr arasında Bolqarıstan, Serbiya, Bosniya və Herseqovina, Yunanıstan, Macarıstan, Qazaxıstan və Azərbaycan var. Şimali Avropadan İsveç, Finlandiya və Norveç qadın və gənclər komandaları üçün məhdudiyyətlərin yumşaldılmasını müdafiə ediblər.

Bundan başqa, İspaniya, Portuqaliya, İtaliya, Çexiya, İsveçrə, Slovakiya və Sloveniya da mövzu ətrafında müzakirələrə açıq olduqlarını bildiriblər, amma yekun qərarın UEFA-nın mövqeyindən asılı olacağını vurğulayıblar.

Xatırladaq ki, FIFA və UEFA 2022-ci ilin fevralında Ukraynada baş verən hadisələrlə bağlı Rusiya yığmalarını və klublarını müddətsiz olaraq bütün beynəlxalq turnirlərdən kənarlaşdırmışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR