İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin nəhəngi Rusiyanı birdəfəlik TƏRK EDİR

Çinli avtomobil istehsalçısı “Chery Automobile” Rusiyanı tərk etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, şirkət Honkonq birjasında listinqə çıxmaqla 1,2 milyard dollar cəlb etməyi planlaşdırır.

Əldə olunan vəsait elektrik və hibrid avtomobillərin istehsalının genişləndirilməsinə yönəldiləcək.

“Chery” yaxın illərdə səkkizdən çox yeni model təqdim etməyi, həmçinin gəlirin 20 faizini beynəlxalq bazarlara çıxışa sərf etməyi nəzərdə tutur.

Rusiya şirkətin Çindən sonra ikinci ən böyük bazarı sayılır. 2024-cü ildə burada 325 mindən çox avtomobil satılıb, bu isə ölkədə satılan hər beş maşından birinin “Chery” olması deməkdir. Ötən il şirkətin ümumi gəlirinin 25,5 faizi, 2023-cü ildə isə 17,7 faizi Rusiyanın payına düşüb.

Şirkət açıqlamasında Rusiyadakı əməliyyatları dayandırmağı “sanksiyalara və ixrac nəzarətinə uyğunluq”la izah edib. Hazırda ölkədə 372 dileri və 687 sərgi salonu fəaliyyət göstərsə də, “Chery” brendlərin və distribütor şəbəkələrinin tədricən azaldılacağını, tam çıxışın isə 2027-ci ilə qədər başa çatacağını bildirib.

Qeyd edək ki, konsern bu ilin aprelində Rusiyadakı törəmə şirkətinin aktivlərini adı açıqlanmayan üç şirkətə ötürmək üçün müqavilələr imzalayıb.

“Rhodium Group”un baş analitiki Qreqor Sebastyan bunu “kütləvi dönüş” adlandırıb. Onun sözlərinə görə, qərara həm Qərb sanksiyaları, həm də Moskvanın idxal avtomobillərinə tətbiq etdiyi yeni rüsumlar səbəb olub. Ekspert hesab edir ki, “Chery”nin Avropa İttifaqına yönəlməsi uzunmüddətli perspektivdə daha sərfəli olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR