İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya SÜLHMƏRAMLILAR gəlir, Rusiyadan ŞOK: Hamısı BOMBALANACAQ! CANLI

“ABŞ administrasiyası Kiyevin NATO-ya cəlb edilməsi də daxil olmaqla, Ukrayna münaqişəsinin əsas səbəblərini aradan qaldırmağın zəruriliyini anlayır”. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, amerikalılar başa düşürlər ki, Krım, Donbass və Novorossiya sakinləri heç vaxt indiki Kiyev hakimiyyətinin boyunduruğu altında yaşamayacaqlar: “ABŞ Ukraynada insan hüquqlarının pozulmasının qəbuledilməz olduğunu başa düşür”.

Sergey Lavrov deyib ki, Avropa və Kiyev Trampı sülhməramlı səylərdən əl çəkməyə və Ukrayna nizamlanmasını pozmağa məcbur etməyə çalışır.

O, Avropa liderlərini heç bir şeyə cavabdeh olmayan, lakin özlərini böyük fiqur kimi göstərməyi sevən İlf və Petrovun qəhrəmanları ilə müqayisə edib.

Lavrov xatırladıb ki, Ukrayna ərazisindəki sülhməramlılar mahiyyətdə “işğal qoşunları”dır və Rusiya hərbçiləri üçün qanuni hədəf olacaqlar.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Elçin Xalidbəyli ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR