İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya həlledici hücuma HAZIRLAŞIR: Bu istiqamətdə böyük qüvvələr toplayır

Rusiya ordusu Donbas cəbhəsində Pokrovsk istiqamətində təzyiqi artırır. Kreml qoşunları cəbhənin digər sahələrindən əlavə birliklər və ehtiyat qüvvələrini bu bölgəyə köçürür.

Musavat.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında qeyd olunub.

Ukrayna bölmələrindən birinin qərargah rəisinin sözlərinə görə, Rusiya komandanlığı Kursk vilayətindən və operativ ehtiyatlardan qüvvələr toplayaraq hücum tempini saxlamağa çalışır.

Bildirilir ki, Pokrovsk istiqamətinə bütün mövcud resurslar göndərilsə də, Rusiya ordusu son dərəcə böyük, hər metr əraziyə görə 10-20 əsgərini itirir.

Ukrayna dronlarının yaratdığı təhlükə səbəbindən rus bölmələri zirehli texnika ilə hücumlardan yayınır. Daha əvvəl Mirnoqradın şərq cinahında zirehli maşınların dəstəyi ilə hücum cəhdləri təmas xəttinə çatmadan texnikanın məhv edilməsi ilə nəticələnib.

Rusiya mənbələrinin məlumatına görə, ruslar Pokrovskun qərb və cənub hissələrində müəyyən irəliləyişə nail olublar. Lakin Ukrayna qüvvələrinin şiddətli müqaviməti rusların hücumunu xeyli ləngidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR