Onlayn ictimai-siyasi qəzet
Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib.
Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin xarici borcu ilə bağlı məlumatlar 2003-cü ildən etibarən mövcuddur və həmin ilin yekunlarına görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 mlrd. dollar olub, bunun da 156,9 mln. dolları Rusiyanın payına düşüb.
Qeyd olunur ki, Gürcüstanın Azərbaycan və Ermənistana olan borcların məbləği son vaxtlar təxminən bərabər olub və 1 mln. dollardan az olub.//APA
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ