İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar DARMADAĞIN EDİLDİ, bunu Putindən GİZLƏTDİLƏR – Rusiyada BİABIRÇIQLIQ!

Rusiyanın işğalçı qüvvələri bu payızda daha iki hücum əməliyyatı hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Skay Nyus”a açıqlamasında deyib.

“Düşünürəm ki, biz zamanında iki əməliyyatın qarşısını tamamilə aldıq. Onların nə qədər böyük itki verdiyini bir-iki gün sonra biləcəyik”, - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, rusiyalı hərbçilər üçün vəziyyət gözlədiklərindən də pis olub:

“Onlar Putinə məruzə ediləndən daha acınacaqlı durumdadır. Putin bu barədə bilmir. Düşünürəm ki, dərk eləmir. Amma sözsüz ki, onda qrafik və hesabatlar var. Hansısa anda o, hər şeyi biləcək”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.

Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR