İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya: "Ermənistan–Azərbaycan sərhədinə 5 km məsafədə səyahət etməyin , LGBT üzvləri isə..."

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (FCDO) Ermənistanla bağlı səyahət məsləhətlərini yeniləyib.

Musavat.com xəbər verir ki, nazirlik vətəndaşlara Ermənistan–Azərbaycan sərhədinə 5 km məsafədə yerləşən bütün ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib.

Rəsmi açıqlamada vurğulanıb ki, Ermənistan–Azərbaycan sərhədi bağlı qalır və bölgədə gərginlik davam edir. Bu səbəbdən sərhədin şərq hissəsində, 5 km yaxınlığında yerləşən zonalara səyahət etmək qadağan edilir.

İcevan–Noyemberyan yolu ilə bağlı xəbərdarlıq

Nazirlik həmçinin Ermənistanın şimal-şərqindəki İcevan və Noyemberyan şəhərlərini birləşdirən M16/H26 avtomobil yoluna dair xüsusi xəbərdarlıq edib. Bu marşrutun Azərbaycanla sərhəd xəttinə yaxın keçməsi səbəbindən vətəndaşlara oradan istifadə etməmək tövsiyə olunub.

FCDO bildirir ki, heç bir səyahət tam təhlükəsiz deyil və vətəndaşlar səyahət öncəsi müvafiq sığorta almalı, marşrutlarını əvvəlcədən öyrənməlidirlər. Nazirlik həmçinin qadın səyahətçilər, əlilliyi olan şəxslər, LGBT+ icmasının üzvləri və təkbaşına səyahət edənlər üçün ayrıca təhlükəsizlik məsləhətləri dərc edib.

FCDO səyahət məsləhətlərini mütəmadi olaraq yeniləyir və Britaniya vətəndaşlarına dəyişikliklər barədə e-mail vasitəsilə bildiriş almaq imkanı yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR