Onlayn ictimai-siyasi qəzet
Suriya ilə İsrail arasında illərdir davam edən gərginliyin tarixi sazişlə nəticələnə biləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, "The Independent Arabia"nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp sentyabrın sonunda Vaşinqtonda keçiriləcək xüsusi mərasimdə sazişi şəxsən elan etməyə hazırdır.
Məlumata görə, saziş çərçivəsində Dəməşq öhdəlik götürəcək ki, Suriyanın ərazisi İsrailə qarşı hücumlar üçün istifadə olunmasın, ölkənin cənubunda ağır silah yerləşdirilməsin, İran qüvvələrinin geri dönüşünə icazə verilməsin və bu bölgədə təhlükəsizlik bufer zonası genişləndirilsin.
Buna cavab olaraq İsrail rəsmi Dəməşqin legitimliyini tanıyacaq və Suriyanın daxili işlərinə qarışmamaq öhdəliyi götürəcək. Sazişdə Qolan təpələri məsələsinin isə gələcəkdə ayrıca müzakirə ediləcəyi qeyd olunur.
Musavat.com
17 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ