İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın gəncləri “Benfika”ya uduzur- Canlı yayım

Bu gün UEFA Gənclər Liqasının əsas mərhələsi start götürür.

Musavat.com xəbər verir ki, Çempionlar Liqasının “Benfika” – “Qarabağ” matçı ilə yanaşı bu gün adları çəkilən klubların gənclərdən ibarət komandaları (U-19) da üz-üzə gələcəklər.

Oyun Bakı vaxtı ilə saat 14:00-da Lissabondakı “Kayşa Futeboç Kampuş” arenasında keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandasına veteran futbolçu Rəşad Sadiqov rəhbərlik edir.

Xatırladaq ki, Ağdam təmsilçisinin gənclər komandası yarışın Liqa mərhələsində ümumən 6 oyun keçirəcək.

UEFA Gənclər Liqası, I tur

“Qarabağ” – “Benfika” 

***

“Benfika” 6-cı dəqiqədə hesabı açır - 1:0

***

“Benfika”  hesabı 2:0 edir.

***

Rəqib 17-ci dəqiqədə 3-cü qolu qapımıza vurur. 

***

“Benfika”  4-cü dəfə fərqlənir. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR