İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ xarici siyasəti ölkə maraqları üzərində qurulacaq - Rubio

Amerika administrasiyası xarici siyasətini müəyyənləşdirərkən mövcud dünya nizamını deyil, ABŞ-ın milli maraqlarını rəhbər tutacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “American Compass” qeyri-hökumət analitik mərkəzinin təşkil etdiyi konfransda deyib: "Xarici siyasətimiz - yerdən və məsələdən asılı olaraq - ilk növbədə Birləşmiş Ştatlar üçün nəyin xeyirli olduğuna yönəlməli və cəmlənməlidir fikri tamamilə itirilib.

Biz xarici siyasətdə dəfələrlə beynəlxalq nizama və ya dünya üçün nəyin xeyirli olduğuna əsaslanaraq qərarlar vermişik".

Dövlət katibinə görə, yeni administrasiya ilk növbədə ABŞ maraqlarının nəzərə alındığı siyasətə qayıdır: "Mən demirəm ki, bunların heç bir əhəmiyyəti yoxdur, lakin bizim xarici siyasətimizin birinci prioriteti Birləşmiş Ştatlar və ABŞ-ın maraqlarına cavab verən məsələ olmalıdır. Bu, təcridçilik deyil, sağlam düşüncədir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR