Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, uzun müddətdir aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublu bu gün – mayın 10-da aksiyanı dayandırıb.
Bu gün onun müayinəsi üçün həbsxanada olan tanınmış həkim, professor Adil Qeybulla xüsusi açıqlama ilə çıxış edib.
Adil Qeybulla
Musavat.com həmin açıqlamanı təqdim edir:
"Bu gün Tofiq Yaqublu ailəsinin və xüsusilə, qızı Nigar Yaqublunun təkidli xahişləri ilə aclığı dayandırdı. Orada onun təlimat üzrə ilkin qidalanması aparıldı, venadaxili nutritiv infuziya edildi. Lazım olan dərman preparatları (Pantoprozol, Qlutation, Lipofundin, Aminoselekt, Albumin və s.) köçürüldü. 40 günlük aclığın nəticələrini aradan qaldırmaq üçün sonrakı müalicə tədbirlərinə ehtiyac var. Mənimlə ƏN Tibb Baş İdarəsinin həkimləri də tibbi manipulyasiya proseslərində iştirak edirdilər. Tibb Baş İdarəsinin rəhbərliyinə və həkimlərin hər birinə minnətdarlıq hissimi ifadə etməyi özümə borc bilirəm".
Xatırladaq ki, Tofiq Yaqublu son həbsindən sonra ölüm aclığına başlamış və bu aksiya 40 gün davam etmişdi. Onun fiziki vəziyyətinin kritik həddə çatdığı bildirilirdi.
Aclığın dayandırılması xəbəri ictimaiyyətdə rahatlıqla qarşılanıb, xüsusilə ailəsi və hüquq müdafiəçiləri bu qərarın həyatını xilas edəcəyinə ümid edirlər.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ