İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev administrasiyası Harvard və digər universitetlərə qarşı araşdırma başlatdı - Yeni hücum

ABŞ hakimiyyəti Harvard Universitetində (Massaçusets ştatı) araşdırmaya başlayıb.  Musavat.com xəbər verir ki, məlumat ABŞ dövlət katibi Marko Rubionun mətbuat xidməti tərəfindən yayılan bəyanatında yer alıb.

Bəyanatdan aydın olur ki, universitetin mübadilə səfərləri zamanı əcnəbi tələbələrə və professor-müəllim heyətinə vizaların verilməsi üzrə dövlət proqramında iştirakla bağlı tələblərə əməl edib-etmədiyini müəyyən etmək üçün araşdırmalara başlanılıb. Bəyanatda vurğulanır ki, universitetlər “ABŞ-ın xarici siyasət məqsədlərinə nail olunmasına mane olmamalı, dövlətin milli təhlükəsizlik maraqlarını pozmamalıdır”.

The New York Times-ın yazdığına görə, universitetin prezidenti Alan Qarberə göndərdiyi məktubda Rubio universitetin bu qaydaları pozduğunu göstərməyib, istintaqın Dövlət Departamentinin “məqsədlərinə çatmağa kömək etmək” üçün zəruri olduğunu izah edib. Harvard rəhbərliyinə viza proqramı ilə bağlı məlumatları təqdim etmək üçün bir həftə vaxt verilib.

Bundan əlavə, ABŞ Təhsil Nazirliyi Louisville Universiteti, Nebraska Universiteti, Mayami Universiteti, Miçiqan Universiteti və Qərbi Miçiqan Universitetləri ilə bağlı araşdırmalara başlayıb. Nazirliyin saytında yerləşdirilən açıqlamaya görə, hakimiyyət sadalanan universitetlərin rəhbərliyi tərəfindən immiqrant tələbələrə təqaüdlərin verilməsi qaydalarının mümkün pozulması hallarının müəyyən edilməsini gözləyir.

ABŞ hökuməti daha əvvəl Harvard Universitetinin əcnəbi tələbələri qəbul etmək icazəsini dayandırmağa çalışıb. ABŞ icra hakimiyyətinin bildirdiyinə görə, Harvard fələstinlilərin hüquqlarını müdafiə edən və Qəzza zolağında İsrail hərbi əməliyyatlarına qarşı çıxan fəallara görə yəhudi əsilli tələbələrin tam təhlükəsizliyini təmin edə bilmir. Massaçusets ştatının Boston şəhərindəki məhkəmə administrasiyanın bu qərarını blokladı; müvəqqəti göstəriş hökumətin ABŞ-da təhsil almaq üçün əcnəbiləri qəbul etmək üçün universiteti sertifikatlaşdırmadan məhrum etməsinə mane olur. Bundan sonra ABŞ administrasiyası əcnəbilərlə Amerika tələbə vizası üçün yeni müsahibələri dayandırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR