İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarını görməyə üstünlük verir.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

O, Trampın Türkiyədə Putin və Zelenski ilə üçtərəfli danışıqlara açıq olub-olmaması ilə bağlı suala cavabında bildirib:

“ABŞ Prezidenti dedi ki, buna açıqdır. Ancaq o, hər iki liderin masa arxasında əyləşməsini istəyir. Biz Trampın çağırışı ilə nümayəndə heyətlərinin bunu etdiklərini gördük".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR