İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, ABŞ, Ermənistan liderləri çıxış ediblər - VİDEO

İlk yayın vaxtı 23:00

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə bəyanatla çıxış edirlər.

***

ABŞ, Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda üçtərəfli görüş keçiriblər.

Xatırladaq ki, bu görüşdən öncə ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrıca görüşlər aparıb.

***

Bu dəqiqələrdə Vaşinqtonda ABŞ lideri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü başlayıb.

Musavat.com xəbər verir ki, İlham Əliyev bir neçə dəqiqə öncə Ağ Evə gəlib.

Tramp Azərbaycan prezidentini yüksək səviyyədə qarşılayıb.

***

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə tarixi görüşləri olacaq.


Musavat.com-un məlumatına görə, artıq Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar başlayıb.

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Ev qarşısında rəsmi şəkildə qarşılayıb.

Qeyd edək ki,  Azərbaycanın nümayəndə heyəti artıq Ağ evdədir.  Onlar arasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov yer alıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR