Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.
Bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.
O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.
Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək “Yanmaq ona deyərəm ki...”, “Payızda məhəbbət”, “Hayıf, a dünya səndən”, “Qorxuram bu dünya sevgisiz qala”, “Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunub.
2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin “Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı dərc olunub. (Kult.az)
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ