İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda elektroenergetiklər arasında yarış keçirilib  

Ağdamda “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışının birinci günü keçirilib. Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışı ilk günündə Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində start götürüb.

Musavat.com-un Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, yarışın ilk günündə 13 komanda mübarizə aparıb.

Bakı şəhərini “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu” komandaları təmsil ediblər. Yarışda Azərbaycanın müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları iştirak ediblər.

Yarışın ilk günündə iştirakçı komandalara elektroenergetika sahəsi ilə bağlı suallar ünvanlanıb.

Münsiflər heyətinin qərarı ilə birinci yerə "Aran", ikinci yerə "Şimal-Qərb", üçüncü yerə isə "Odlar yurdu" komandası layiq görülüb. İlk üç yeri tutan komandalara mükafatlar təqdim olub.

Qeyd edək ki, müsabiqənin ikinci günü sabah Hadrutda keçiriləcək.

Nigar HƏSƏNLİ
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR