 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            İsrail Müdafiə Ordusu (İDF) Qəzza zolağında atəşkəs rejiminin yenidən qüvvəyə mindiyini bəyan edib.
Musavat.com-un məlumatına görə rəsmi açıqlamada bildirilir ki, bu qərar siyasi rəhbərliyin göstərişi ilə və HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq həyata keçirilən intensiv hava zərbələrindən sonra qəbul olunub.
“Siyasi rəhbərliyin tapşırığına əsasən və gecə həyata keçirilən hücumlar nəticəsində onlarla obyekt və terrorçu məhv edildikdən sonra İDF atəşkəs rejiminə qayıdıb,” – deyə bəyanatda qeyd olunub.
İsrail ordusunun məlumatına görə, gecə və səhər saatlarında Qəzza zolağına endirilən zərbələr zamanı HƏMAS və digər qruplaşmaların 30-dan çox komandiri zərərsizləşdirilib.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ