İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağır qəzada nənə və 7 yaşlı nəvəsi öldü- Daha 2 uşaq yaralıdır

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.

***

Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daşkəsən rayon Bayan kənd sakini 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və onun nəvəsi 7 yaşlı Firuzə Məmmədli qəza yerində ölüb.

Avtomobildə olan 9 yaşlı Ayşən Məmmədli və 4 yaşlı Əlixan Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onlara lazımı tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

Məlumat üçün bildirək ki, qəza rayonun Goran ərazisində “Hyundai” markalı avtomobilin aşması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 17.07.2025-ci il tarixində saat 12:00 radələrində 2 nəfər (biri kişi və digəri qadın cinsli olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarəti alan şəxslərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti stabildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

17 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR