Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı və ABŞ-ın anti-Rusiya sanksiyalarından yayınma ilə mübarizə üzrə koordinasiyalı tədbirləri dayandırılıb.
Musavat.com xəbər verir ki, “Süddeutsche Zeitung” qəzetinin Almaniya Xarici İşlər Nazirliyinin daxili hesabatına istinadən verdiyi məlumata görə, danışıqlar heç bir konkret qərar qəbul edilmədən başa çatıb. Sənəd Aİ Xarici Əlaqələr Şurasının mayın 20-də Brüsseldə keçirilmiş iclasının nəticələrini təsvir edir.
Aİ-nin sanksiyalar siyasəti üzrə xüsusi nümayəndəsi Devid O'Sallivan bildirib ki, bu məsələdə artıq ABŞ-la heç bir qarşılıqlı əlaqə yoxdur. Onun sözlərinə görə, G7 ölkələri də sanksiyalardan yayınmanın qarşısının alınması məsələsində əvvəlki fəallığını itirib.
Bu arada ABŞ prezidenti Donald Tramp, “The New York Times”ın daha əvvəl yazdığı kimi, Avropa ölkələri tərəfindən hazırlanan yeni məhdudiyyətlər paketini dəstəkləməkdən imtina edib. O, bu qərarı Rusiya prezidenti Vladimir Putinlə mayın 19-da baş tutan söhbətdən sonra verib.
Lakin mayın 25-də Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi hücumundan sonra Tramp səsini dəyişib. “Meduza” Telegram kanalı onun Moskvaya qarşı sanksiya təzyiqlərini artırmağa hazır olması barədə sözlərinə istinad edir. “The Wall Street Journal” onu da qeyd edir ki, Tramp iyunun 1-də yeni tədbirlər tətbiq etməyi düşünür.
Musavat.com
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ