 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp Helloven bayramı münasibətilə Ağ Evdə uşaqlara konfet paylayıblar.
Musavat.com xəbər verir ki, tədbir zamanı onlarla amerikalı uşaq və valideyn Ağ Evin qarşısına toplaşıb. Prezident və birinci ledi onlara Ağ Evin emblemi ilə bəzədilmiş şokoladlı konfetlər təqdim ediblər.
Binanın divarları narıncı işıqlarla bəzədilib, giriş hissəsində isə balqabaqlardan düzəldilmiş fiqurlar və Helloven simvolları yerləşdirilib.
Bayramın ən maraqlı anı isə bir oğlanla qızın Donald və Melaniya Tramp kimi geyinməsi olub. Tramp öz “balaca surəti” ilə əl-ələ vurub. Uşaqları “mühafizəçi” kostyumunda geyinmiş başqa bir oğlan müşayiət edib.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ