 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Beynəlxalq Atom Enerjisi Agentliyi məlumat verir ki, Rusiya hücumları nəticəsində Ukraynadakı nüvə stansiyalarının enerji təminatına zərər dəyib.
Musavat.com xəbər verir ki, hesabata görə, Cənubi Ukrayna və Xmelnitski AES-lərində bir yüksək gərginlik xətti sıradan çıxıb, Rovno stansiyasında isə iki enerji bloku gücünü azaltmalı olub.
Agentlik xəbərdarlıq edir ki, bu hücumlar nüvə təhlükəsizliyinə birbaşa risk yaradır və stansiyaların sabit işləməsini təhdid edir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ