İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Telegram və WhatsApp-da SMS-lə qeydiyyat bloklandı

Rusiyada Telegram və WhatsApp messencerlərində SMS vasitəsilə qeydiyyat prosesi dayandırılıb.

Musavat.com xəbər verir ki, ölkənin əsas mobil operatorları artıq yeni istifadəçilər üçün qeydiyyat kodlarının və təsdiq zənglərinin ötürülməsini bloklayıblar.

Mənbələrin məlumatına görə, bu məhdudiyyət təkcə yeni istifadəçiləri deyil, mövcud hesabları da əhatə edəcək. Yaxın zamanda messencerlərdə qeydiyyat tamamilə mümkünsüz ola bilər, artıq aktiv hesabların avtorizasiyası və bərpası da xeyli çətinləşəcək.

Ekspertlər hesab edirlər ki, bu addım Rusiya rəqəmsal nəzarət sisteminin sərtləşdirilməsi və xarici mesajlaşma platformalarına çıxışın məhdudlaşdırılması istiqamətində növbəti mərhələdir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR