İnsanlara hürriyət, millətlərə istiqlal!

Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ

Son dövrlərdə "WhatsApp" istifadəçilərinə qarşı icazəsiz giriş cəhdlərinin sayı artıb.

Musavat.com-a Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçilərin hesablarına girməyə çalışırlar.

Bu üsulla vətəndaşlardan SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodları ələ keçirilir. Kodlar paylaşıldığı halda istifadəçilərin hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Nəticədə şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsi riski yaranır.

ETX vətəndaşları bu hallara qarşı diqqətli olmağa çağırır və hesabların qorunması üçün bir sıra təhlükəsizlik tədbirlərini tövsiyə edir: tanımadığınız nömrələrdən gələn linkləri açmamaq, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməmək, ikimərhələli təsdiqləməni aktivləşdirmək, şübhəli hallarda tətbiqin dəstək xidmətinə müraciət etmək, profil məlumatlarını yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırmaq və yaxınları, xüsusilə yaşlı şəxsləri belə dələduzluqlardan xəbərdar etmək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR