Onlayn ictimai-siyasi qəzet
Avropa Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2024-cü ildə Avropa İttifaqında (Aİ) təxminən 31 min Gürcüstan vətəndaşı ilkin yaşayış icazəsi alıb.
Musavat.com xəbər verir ki, ümumilikdə isə ötən il Aİ-də müxtəlif ölkələrin vətəndaşlarına 3,5 milyon belə sənəd təqdim olunub ki, bu da 2023-cü illə müqayisədə 8,3 faiz azdır.
Region ölkələri arasında ən çox yaşayış icazəsi Türkiyə vətəndaşlarına verilib – 111,5 min nəfər. Onların ardınca Rusiya vətəndaşları gəlir – 78,8 min nəfər.
Azərbaycan vətəndaşları üçün bu göstərici 13,5 min nəfər olub. Ermənistan vətəndaşları isə 9,3 min yaşayış icazəsi əldə edib.
Musavat.com
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ