Onlayn ictimai-siyasi qəzet
Fələstin lideri Mahmud Abbas Böyük Britaniyanın Fələstin dövlətini tanımasını “ədalətli və dayanıqlı sülhə aparan mühüm addım” adlandırıb.
Musavat.com xəbər verir ki, Fələstin Milli Administrasiyasının sədri Abbas bildirib ki, Londonda baş nazir Kir Starmerlə görüş zamanı götürülən öhdəliklər və islahatlara sadiq qalacaq. Bu barədə məlumatı WAFA agentliyi yayıb.
Mahmud Abbasın sözlərinə görə, hazırda əsas prioritetlər – Qəzza zolağında atəşkəsin təmin olunması, humanitar yardımın çatdırılması, bütün girov və məhbusların azad edilməsi, İsrail qoşunlarının tamamilə geri çəkilməsi və bərpa prosesinə başlanmasıdır.
Musavat.com
22 Sentyabr 2025
21 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ